Donetsk seperatçıları ordu yaradır
14 May 2014 Çərşənbə 00:56
Denis Puşilin: Donetskdəki Ukrayna ordusu işğalçıdır.
Qondarma Donetsk Xalq Respublikası (DXR) özünə ordu yaratmağa başlayır. ANS PRESS-in məlumatına görə, bunu “DXR hökumətinin həmsədri” Denis Puşilin bildirib.
Bazar ertəsi Donetsk seperatçıları “Donetsk Xalq Respublikası”nın suverenliyini elan ediblər. Bununla bağlı referendum keçirilib. Puşilin bildirib ki, DXR-də dövlət qurumları yaradılacaq və dövlətin yüksək orqanı Ali Sovet olacaq.
Puşilin ərazidə sakitliyi bərpa etməyə çalışan Ukrayna ordusunu işğalçı adlandırıb.
DOSTLARINLA PAYLAŞ: