Domodedovo hava limanında partlayışı qadın kamikadze törədib
25 Yanvar 2011 Çərşənbə Axşamı 06:40
Rusiya xüsusi xidmət orqanları Domodedovo hava limanında baş verən terror aktı ilə bağlı əvvəlcədən məlumatlı olublar.
Moskvanın “Domodedovo” hava limanında baş vermiş partlayış nəticəsində ikisi Böyük Britaniya vətəndaşı olmaqla ölənlərin sayı 35-ə, yaralananların sayı isə 150 nəfər catıb. Artıq hadisənin qadın kamikadzenin törətdiyi təstiqlənib. Ehtimal edilir ki, bu terror aktı ikinci cəhddə baş tutub. Birinci cəhd dekabr ayında bombanın terrorcuların gizləndiyi evdə təsadüfən partlaması nəticəsində baş tutmayıb.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə Rusiya xüsusi xidmət orqanları “Domodedovo” hava limanında baş verən terror aktı ilə bağlı əvvəlcədən məlumatlı olublar. Hava limanı təhlükəsizlik xidməti əməkdaşlarının məlumatına görə belə terror aktının törədiləcəyi ilə bağlı onların bir həftə öncə məlumatı olub və hətta baş verəcək terror aktının kömrük məntəqəsi yaxınlığında olacağı ilə bağlı dəqqiq yeri də söylənilib. Rəsmi məlumata görə terror aktını terrorçu kamikadze həyata keçirib. İlkin ehtimala görə kamikadze hava limanı ərazisinə gətirilib və nəqliyyat vasitələrinin uzun müddətli dayanacğı üçün dayanacaqdan hava limanın təhlükəsizlik xidməti və metal detektoru olmayan hissəsindən ikinci mərtəbəyə qalxıb.

“İstehkamçılar və federal Təhlükəsizlik Xidməti Əməkdaşları hal hazırda öz işlərini yekunlaşdırıblar. Bizim mütəxəssislər bir neçə dəqqiqə bundan öncə öz işlərinə başlayıblar. Nə demək olar. İlkin məlumata görə partlayış insanların sıx olduğu hissədə baş verib. Böyük ehtimalla araşdırmalara görə partlayış kamikadze tərəfindən törədilib” – deyə Federal Istintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib.

Rusiyanın baş naziri Vladimir Putin isə axşam saatlarında səhiyyə naziri Tatyana Qolikova ilə görüşüb və terrort aktı nəticəində xəsarət alanlarla maraqlanıb. Tatyana Qolikova isə bildirib ki hadisə yerində ümumilikdə 56 təcili tibbi yardım biriqadası işləyib. “Yaralananlardan 41 nəfərinin vəziyyəti ağır və orta ağırdır. Lakin belə hallarda xəsarət alanların sayı artır”.

Vladimir Putin isə səhiyyə nazirinə yaralananların müalicəsi ilə şəxsən maraqlanmağı tapşırıb. “Gərək hökumətdə həlak olanların ailələrinə maddi yardım göstərilməsi ilə bağlı qərar hazırlansın. Mən sizdən xahiş edirəm müvininizlə birlikdə yerlərdəki klinikalara gedəsiniz və xəsarət alanlara göstərilən köməkliklərə baxasınız”.

Xatırladaq ki, partlayış Moskva vaxtı ilə saat 16.32-də hava limanının beynəlxalq reyslər gəlmə terminalında törədilib. Burada sərnişinləri qarşılamağa gələnlər də olublar. Partlayışın gücünün 5 tratil ekvivalentində olduğu deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar