“Domodedovo”dakı terror aktının üstü açılıb
29 Yanvar 2011 Şənbə 15:40
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Rusiyanın paytaxtı Moskvanın “Domodedovo” hava limanında törədilən terror aktının üstü açılıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib. Onun sözlərinə görə, hadisənin təfərrüatları bir müddət sonra açıqlanacaq.

Xatırladaq ki, “Domodedovo” hava limanının beynəlxalq terminalında partlayış yanvarın 24-də baş verib. İlkin məlumatlara görə, terrorçu-kamikadze insanların çox olduğu yerdə üzərində olan partladıcı qurğunu işə salıb. Hadisə nəticəsində 35 nəfər həlak olub, təqribən 120 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışla əlaqədar olaraq cinayət işi qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar