“Domodedovo”da zərərçəkənlərə 250 milyon rubl veriləcək
26 Yanvar 2011 Çərşənbə 11:50
Partlayış nəticəsində həlak olanların və zərərçəkmiş insanların ailə üzvlərinə yardım göstəriləcək.
Moskva meriyası “Domodedovo” hava limanında baş vermiş partlayış nəticəsində həlak olanların və zərər çəkmiş insanların ailə üzvlərinə 250 milyon rubl (6.7 milyon manat) pul ayıracaq. Həlak olmuş insanların ailələrinə eyni vaxtda 2 milyon rubl (53 600 manat) dəyərində sosial yardım, partlayış nəticəsində ağır və orta ağır zərər şəkmiş insanların hər biri 1.5 milyon rubl (40 200 manat), yüngül xəsarət alanlar isə 1 milyon rubl (26 800 manat) yardım alacaqlar.

Qeyd edək ki, Moskvanın “Domodedovo” aeroportunda baş vermiş partlayış nəticəsində 35 nəfər həlak olub, yüzdən artıq insan isə xəstəxanalara yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar