Dominikan Respublikasında hamilə qadın “donuz qripi”nin qurbanına çevrilib. ANS PRESS, “Frans Press” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin səhiyyə naziri Bautista Rojas Qomez təsdiqləyib. Nazirin sözlərinə görə, H1N1 virusundan dünyasını dəyişən qadının 20 yaşı olub. O, Santo-Dominqo şəhərindəki xəstəxanalardan birində ölüb.
Bu arada isə Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 69 ölkəsində “donuz qripi”nə 21 940 nəfərin yoluxduğunu təsdiqləyib. Virusa yoluxanlardan 125 nəfəri ölüb. /ANS PRESS/