Dollarda da kişilik üçün təhlükəli olan “Bisfenola-A” tapıldı
13 Dekabr 2010 Bazar Ertəsi 01:25
Bu maddənin bir çox xəstəliklə yanaşı kişilik hormonunun tarazlığını pozduğu aşkarlanmışdı
Bütün dünya iqtisadiyyatını öz təsiri altında saxlayan dollarda sağlamlıq üçün təhlükəli olan “Bisfenola-A” (BPA) maddəsi tapılıb. Vaşinqton, Kaliforniya və başqa 17 əyalətdə keçirilən araşdırmalar nəticəsində hər 22 ədəd 1 dollarlıq əskinasdan birində BPA maddəsi aşkarlanıb.
Xatırladaq ki, daha əvvəl Amerika “Milli əmək təhlükəsizliyi və Səhiyyə” akademiyasının keçirdiyi araşdırma nəticəsində plastik çənqəl, qaşıq, boşqab, su şüşəsi, stəkan və s. əşyalarda, habelə alman uroloq Frank Sommerin keçirdiyi araşdırma nəticəsində mağazalarda istifadə olunan kassa çeklərində “Bisfenola-A” olduğu aşkarlanmış, bunun bir çox xəstəliklə yanaşı kişilik hormonunun tarazlığını pozduğu aşkarlanmışdı.
DOSTLARINLA PAYLAŞ: