Doku Umarov yenidən Kremli hədələdi
06 Yanvar 2010 Çərşənbə 20:35
Doku Umarov yenidən Kremli hədələdi. Çeçen mücahidləri liderinin internetdə video müraciəti yerləşdirilib.
2009-cu ildə öldürüldüyü iddia edilən çeçen mücahidlərinin lideri Doku Umarovun internetdə video müraciəti yerləşdirilib. O, Rusiya hakimiyyətini onun öldürülməsi ilə bağlı yalan məlumat yaymaqda ittiham edib. Rusiya ərazisində baş verən terror aktlarında çeçen mücahidlərinin əli olduğunu rəsmən təsdiqləyən Umarov bununla belə etiraf edib ki, onların başqa çıxış yolu yoxdur.

Rusiya xalqına müraciət edən Doku Umarov bu addımların Rusiya vətəndaşlarına qarşı deyil, ölkə hakimiyyətinə qarşı yönəldiyini xüsusi vurğulayıb. O, indiki hakimiyyət dövründə təkcə Çeçenistanın özündə çoxlu sayda günahsız çeçen uşaqlarının, gənclərinin və qadınlarının öldürüldüyünü iddia edib. Məhz bu səbəbdən radikal addımlara əl atdıqlarını bildirib.

Sonda Umarov mübarizələrinin bundan sonra da davam edəcəyinə vəd verib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar