Doku Umarov yenidən görünüb
26 İyul 2011 Çərşənbə Axşamı 18:56
Doku Umarov silahdaşlarını mübarizəyə səsləyir.
Çeçen silahlılarının lideri Doku Umarov yenidən görünüb. Bu dəfə qəflətən müraciətini yaymaqla. Çeçen silahlılarına məxsus “Kavkazsentr” internet saytında yerləşdirilən yeni videogörüntülərdə silahdaşlarını başına yığan Doku Umarov onlara tapşırıqlarını verir. Onlara sədaqət andı içdirir.

D. Umarov deyir ki, gənc silahlılar onlara verilən vədlərə aldanıb tutduqları yoldan dönməsinlər: “Bizə qarşı aparılan müharibədə onlar müəyyən metodologiyadan istifadə edir. Onlar gəncləri aldadıb mücahidlərdən ayırmaq istəyirlər. Müsəlmanlar Allahın istəyini yerinə yetirirlər. Onlar çalışırlar ki, gəncləri dünyanın gözəllikləri ilə aldatsınlar. Evlə, maşınla. Amma Allaha şükür ki, gənclər buna aldanmır. Mən burada çoxlu könüllü görürəm və bu məni sevindirir”.

D. Umarov öz tapşırıqlarını verəndən sonra onlara uğurlar arzulayır və növbəti görüşədək vidalaşır.

Xatırladaq ki, bir il bundan əvvəl bir neçə çeçen komandiri və ərəb könüllüsü Doku Əbu Osman Qafqaz Əmirliyndən çıxdığını elan etmişdi. Bu hadisə Çeçenistanda mücahidlər arasında narahatlığa səbəb olmuşdu. Bu görüşdə isə artıq Qafqazın tanınmış əmirləri Əmir İmrat, könüllü silahlı Mühəmməd yenidən Doku Umarovla birləşir.

Qeyd edək ki, ötən il iyunun 5-də Çeçenistanla İnquşetiyanın sərhədindəki dağlıq ərazidə Doku Umarovun öldürülməsi ilə bağlı xəbər yayılmışdı. Hətta Çeçenistan prezidenti Ramzan Kadırov açıqlamalarında artıq Doku Umarov kimi bir problemin olmadığını bəyan etmişdi.

Xatırladaq ki, Doku Umarov “İçkeriya Respublikası”nın sabiq prezidenti Aslan Məshədovun ölümündən sonra bu tanınmamış qurumun prezidenti seçilib. O, 2007-ci ildə özünü Qafqaz Müsəlmanlarının lideri elan edib. O vaxtdan indiyədək onun ölüm xəbəri 5 dəfə yayılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar