Doğulmayan körpə reklama dəvət edildi
04 Dekabr 2009 Cümə 16:30
Ona bir neçə saniyəlik üçün 700 min dollar təklif edilib
Ana olmağa hazırlaşan tanınmış türk modeli Dəniz Akkayanın hələ dünyaya gəlməyən övladına reklam çarxına çəkilmək təklifi gəlib. Təklif uşaq bezi istehsalı ilə məşğul olan şirkətlərdən biri tərəfindən edilib. Modelə övladı ilə birgə cəmi bir neçə saniyəlik reklam üçün təklif edilən məbləğ isə rekord həddədir - 700 min dollar.
Hələlik ABŞ-da olan və dekabrın 15-də övladını qucağına almağı planlaşdıran Akkaya təklifə cavab verməyib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar