Doğulduğumuz fəslin xarakterimiz üzərində təsiri var
09 Dekabr 2010 Cümə Axşamı 05:10
İlk aylarını günəş şüalarının çox olduğu yerdə keçirən körpələrdə maddələr mübadiləsi sürətli fəaliyyət göstərir
İnsanların dünyaya göz açdığı fəsil onların xarakteri üzərində böyük təsir gücünə malikdir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, mövsümün bədəndə olan madddələr mübadiləsinin sürətinə göstərdyi təsir xarakter üzərində daimi olaraq qalır.

İlk aylarını günəş şüalarının çox olduğu yerdə keçirən körpələrdə maddələr mübadiləsi sürətli fəaliyyət göstərir və belə uşaqlar gələcək həyatlarında depressiyaya qarşı dözümlü olur.

Bunun əksinə ilk bir neçə ayını qış vaxtı az işıqlı mühitdə keçirən körpələr ömürləri boyu depressiv olur.

Bununla yanaşı yayda doğulan uşaqlar sahib olduqları müsbət göstəricilərə baxmayaraq onlarda görmə problemi olur. Belə ki, inkişaf dövründə işığa çox məruz qalan gözlər daha tez sıradan çıxır. Bundan başqa yay körpələrində qış körpələrinə nisbətən diqqət əksikliyinin çox olduğu və məktəbdə də bu uşaqların daha çox uğursuzluğa düçar olduğu bildirilir.

Mütəxəssislər, bürclərin xarakterlər üzərindəki təsirinin əslində mövsümlə bağlı proses olduğunu hesab edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar