Doğulandan su və yemək üzü görməyən 10 yaşlı uşaq
01 İyun 2012 Cümə 17:43
Erem Dur nadir xəstəliyə tutulub.
Avstraliyanın Sidney şəhərində yaşayan Erem Dur adlı uşaq nadir xəstəlik səbəbindən yemək yeyə və su içə bilmir. ANS PRESS-in Lifenews-a istinadən verdiyi məlumata görə, uşaqda nazik bağırsağın iltihabı 2 aylığında baş qaldırıb. Həkimlər uşağın normal inkişafı üçün onun bağırsaqlarının çox hissəsini kəsib çıxarmağa məcbur olublar.
Bu illər ərzində Erdem 7 dəfə əməliyyat keçirib. Uşaq anadan olduqdan sonra bərk qida ilə qidalanmayıb. Onun orqanizminə quraşdırılmış xüsusi qurğu uşağı 21 saat ərzində süni maye qida ilə bəsləyir. Erdem yalnız sevdiyi toyuq dadı verən çipslərdən zövq ala bilir. Həkimlər ona gün ərzində bir dənə çips yeməyə icazə verirlər.
Əks halda uşağın orqanizmində problem yaranır. Həkimlər uşağın tam sağalması üçün bağırsaq köşürülməsi əməliyyatının vacibliyini bildirirlər. Həkimlər əməliyyatdan iki il sonra uşağın normal şəkildə qidalana biləcəyini istisna etmirlər.
DOSTLARINLA PAYLAŞ: