Doğmaq istəməyən ananın 6 əkizi oldu
27 Yanvar 2012 Cümə 06:44
Həyat şəraiti ağır olan ana dünyaya 6 körpə gətirdiyi üçün sevinməyib.
Əfqanıstanın Məzarı Şərif şəhəri sakini qadın 3 qız, 3 oğlan olmaqla bir bətndə 6 uşaq dünyaya gətirib. Sara Gül adlı qadının uşaqlarından beşinin vəziyyəti yaxşıdır. Vəziyyəti nisbətən ağır olan bir körpə isə sabit bədən temperaturu və tənəffüs edəcək hava təmin edən xüsusi aparata (kuvez) yerləşdirilib.
Məlumata görə, 6 əkiz 24 yaşlı ananı sevindirməyib. Maddi problemləri səbəbilə hamilə olduğu zaman uşaqları salmaq üçün divardan tullanmaq da daxil bir çox yolu yoxladığını deyən Sara Gül dövlətin ona yardım etməli olduğunu vurğulayıb. Yerli mətbuat isə gənc ananı “qəhrəman qadın” adlandırıb.
Qeyd edək ki, Əfqanıstanda dünyaya gələn hər 10 körpədən biri ağır həyat şərtləri səbəbilə 5 yaşına çatmadan ölür.
DOSTLARINLA PAYLAŞ: