Dnepropetrovsk şəhərinə ağır hərbi texnika yeridilib
27 Aprel 2012 Cümə 18:04
Silsilə partlayışlar nəticəsində yaralananların sayı 27-ə çatıb
Bu gün Ukraynanın Dnepropetrovsk şəhərində 10 partlayış baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə “Komsomolskaya Pravda v Ukraine” nəşri yazır.

Nəşrin yaydığı məlumata görə, yerli vaxtla saat 11.50-də Opera teatrının qarşısındakı tramvay dayanacağında zibil qutusu partlayıb. Partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Olaydan sonra tramvayların hərəkəti dayandırılıb, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb, olay yerinə bomba mütəxəssisləri gəlib.

Dnepropetrovskda bütün dəmir yollarının hərəkəti də dayandırlıb. Sərnişinlər qatarlardan təxliyyə edilib. Təxliyyə zamanı təşviş və basabas yaranıb.

Daha bir partlayış “Rodina” kinoteatrının yanındakı zibil qutusunda baş verib. Saat 12.45-də K. Marks prospektində daha bir partlayış olub. Saat 13.00 radələrində isə ilk partlayışın olduğu yerdə daha bir partlayış baş verib. Hüquq-mühafizə orqanları prospekti bağlayıblar. Polis şəhərdəki bütün zibil qutuları yoxlanılır.

Şəhərə 3 zirehli hərbi maşının (BTR) müşayiəti ilə avtomatla silahlanmış “Berkut” xüsusi təyinatlı milis dəstəsi göndərilib. Metrolar ciddi yoxlanılır.

Ukrayna Fövqəladə Hallar Nazirliyi ümumilikdə 27 nəfərin yaralandığını açıqlayıb. Onlardan 25-i xəstəxanaya yerləşdirilib.

Ukrayna Baş Prokurorluğu fakt üzrə “terror aktı” maddəsi ilə cinayət işi qaldırıb.


















DOSTLARINLA PAYLAŞ:

oyunlar