Dmitri Medvedevin Özbəkistana səfəri başlayıb
14 İyun 2011 Çərşənbə Axşamı 02:15
O və İslam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammitində iştirak edəcəklər
Rusiya prezidenti Dmitri Medvedev Özbəkistanın paytaxtı Daşkənddədir. Onun Özbəkistan prezidenti İslam Kərimovla görüşü planlaşdırılır. Dövlət başçıları Orta Asiyada təhlükəsizlik problemi, terrorçuluq və narkotrafikə qarşı məsələlərini müzakirə edəcəklər. Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Sergey Prixodko verib.

Görüşdə əsas diqqət Əfqanıstandakı vəziyyətə yönəldirəcək. Prezidentlər Əfqanıstandakı daxilindəki vəziyyətin nizamlanması və ölkənin iqtisadi dirçəlişinə yardım istiqamətində birgə səyləri müzakirə edəcəklər.

Bundan başqa, Dmitri Medvedev və İslam Kərimovun ikitərəfli ticari-iqtisadi, o cümlədən, yanacaq-energetika kompleksində əlaqələrin inkişafı perspektivlərini nəzərdən keçirəcəyi gözlənilir.

Dmitri Medvedev və İslam Kərimov iyunun 14-15-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitində iştirak edəcəklər.

Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko və xarici işlər naziri Sergey Lavrov müşayiət edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar