Dmitri Medvedevin Hinidstana səfəri başlayır
21 Dekabr 2010 Çərşənbə Axşamı 02:15
Rusiya və Hindistan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin imzalanacağı gözlənilir
Rusiya prezidenti Dmitri Medvedev ötən axşam Hindistana rəsmi səfərə yola düşüb. Rusiyanın dövlət başçısı Şindistan rəhbərliyi ilə siyasi, ticari-iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək. Görüşlərin yekununda bir sıra sənədlərin, o cümlədən, energetika sahəsində əməkdaşlıq və viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişlərin imzalanması gözlənilir.

Dmitri Medvedevin səfər proqramı Hindistanın xarici işlər naziri Somanahalli Malayya Krişna ilə görüşlə başlayacaq. Daha sonra Rusiya prezidenti Hindistanın baş naziri Mamohan Sinqxlə görüşəcək, ardınca isə geniş tərkibdə danışıqlar başlayacaq. Danışıqların əsas mövzusu iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığı olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar