Dmitri Medvedev yenidən prezident ola bilər
26 Noyabr 2012 Bazar Ertəsi 11:04
Rusiyanın baş naziri Dmitri Medvedev bunu istisna etmədiyini deyib.
Rusiyanın baş naziri Dmitri Medvedev gələcəkdə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir. Fransa mətbuatına müsahibə verən Medvedev “Sağlamlığım və gücüm buna imkan verərsə, və xalq mənə etibar edərsə, hadisələrin bu cür inkişafını istisna etmirəm”, - deyə bildirib.
Dmitri Medvedev hazırkı prezident Vladimir Putinin rəhbərliyi altında baş nazir vəzifəsində çalışması haqqında da danışıb. O, Putinlə çalışmağın rahat olduğunu ifadə edib və “prezident seçilən başqa biri ilə nazir olaraq çalışa bilməzdim” - deyə Medvedev əlavə edib.
DOSTLARINLA PAYLAŞ: