Dmitri Medvedev üç naziri Permə yolladı
05 Dekabr 2009 Şənbə 03:50
Dmitri Medvedev üç naziri Permə yolladı. Onlar gecə baş vermiş partlayışın səbəblərini araşdıracaqlar.
Rusiya prezidenti Dmitri Medvedev fövqəladə hallar naziri Sergey Şoyqu Permdə bu gücə baş vermiş partlayışı araşdıran hökumət komissiyasının sədri təyin edib. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Sergey Şoyqu, səhiyyə naziri Tatyana Qolikova və daxili işlər naziri Rəşid Nurqaliyev faciə yerinə yola düşüblər. Onlar hadisənin səbəblərini yerində araşdıracaqlar və zərərçəkənlərə yalrdım göstərilməsini təşkil edəcəklər.

Xatırladaq ki, Rusiyanın Perm şəhərindəki kafelərdən birində partlayış baş verib. Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, partlayış nəticəsində 94 nəfər ölüb, 139 adam xəsarət alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar