Dmitri Medvedev Türkmənistana səfər edib
22 Dekabr 2009 Çərşənbə Axşamı 02:10
Dmitri Medvedev türkmənistanlı həmkarı ilə Xəzər məsələsini də müzakirə edəcək
Rusiya prezidenti Dmitri Medvedev Türkmənistana işgüzar səfərə gedib. O Aşqabadda həmkarı Qurbanqulu Berdımuhammedovla yyanacaq-energetika sahəsində danışıqlar aparacaq və rusdilli məktəbin açılış mərasimində iştirak edəcək.

Kremldəki mənbənin məlumatına görə, Azərbaycan və Türkmənistan prezidentləri bir sıra beynəlxalq məsələləri, o cümlədən, Əfqanıstandakı vəziyyət və “Xəzər beşliyi” çərçivəsində qarşılıqlı əlaqələri ətrafında fikir mübadiləsi aparacaqlar. İki ölkə lideri beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq kimi aktual problemlərlə mübarizədə səylərin birləşdirilməsindən də danışacaqlar. Danışıqların əsas mövzuslarından biri də Rusiya və Türkmənistan arasında yanadaq-energetika sahəsində əmkdaşlıq məsələsi olacaq.

Bundan başqa, Dmitri Medvedev və Qurbanqulu Berdımuhammedov A.S. Puşkin adına rusdilli məktəbin yeni binasının açılış mərasimində də iştirak edəcəklər. Bu, Türkmənistanda 11 illik Rusiya proqramı üzrə təhsil verən yeganə rusdilli orta məktəbdir. Məktəb 2002-ci ildə hökumətlərarası saziş əsasında yaradılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar