Dmitri Medvedev: Seçimi edən xalqdır
30 Sentyabr 2011 Cümə 10:35
Rusiya prezidenti Dmitri Medvedev 3 federal kanala müsahibə verib.
Rusiya prezidenti Dmitri Medvedev seçkilərdə hər hansı bir qeyri-müəyyənliyin olmadığına əmindir. Bunu Dmitri Medvedev "ORT", "RTR" və "NTV" federal kanallarına müsahibəsində deyib.
"Seçimi edən xalqdır, bunlar boş sözlər deyil, həqiqətən də belədir. İstənilən siyasi xadim və onun siyasi gücü seçkilərdə uğursuzluğa düçar ola bilər, ölkəmizin tarixində də, digər ölkələrin tarixində də dəfələrlə bu baş verib. Heç kim heç nədən sığortalanmayıb. Hansı qeyri-müəyyənlikdən söhbət gedə bilər?! Qoy insanlar qərar versin kimə səs verəcəklər, kimin nüfuzu daha çoxdur" - deyə, Dmitri Medvedev bildirib.
Rusiya prezidenti müsahibəsində bir çox sualları, o cümlədən niyə prezident seçkisinə iştirak etməmək qərarı verdiyinə dair sualı cavablandırıb. Dmitri Medvedev həmçinin seçkilərin demokratik keçiriləcəyinə əmin edib. "Yalnız insanlar, yalnız vətəndaşlarımız bu və ya digər şəxsə yaxud bu və ya digər siyasi qüvvəyə səs verərək yaxud səs verməyərək ən son nöqtəni qoya bilərlər. Demokratiya elə budu" - deyə Rusiya prezidenti əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: