Dmitri Medvedev Mixail Saakaşvilini yox, separatçıları təbrik edib
01 Yanvar 2010 Cümə 12:05
Dmitri Medvedev “gənc dövlətlər” kimi qələmə verdiyi separatçı rejimlərə dəstəyin davam edəcəyini bildirib
Rusiya prezidenti Dmitri Medvedev gürcüstanlı həmkarı Mixail Saakaşvilini Yeni il münasibətilə təbrik etməyib. Onun xüsusi təbrikini Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacirikistan, Türkmənistan, Özbəkistan, hətta Ukrayna prezidenti də alıb.

Yalnız bir prezident-Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Dmitri Medvedevin diqqətindən kənarda qalıb. Bununla belə, Rusiya prezidenti Gürcüstan ərazisindəki Abxaziya və Cənubi Osetiya separatçı rejimlərinin rəhbərlərini təbrik edib. O, “gənc dövlətlər” kimi qələmə verdiyi separatçı rejimlərə dəstəyin bundan sonra da davam edəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar