Dmitri Medvedev Ermənsitana səfər edəcək
13 İyul 2010 Çərşənbə Axşamı 20:30
Dmitri Medvedev Ermənsitana səfər edəcək. Səfər avqustun ikinci yarısında baş tutacaq.
Rusiya prezidenti Dmitri Medvedev Ermənistana rəsmi səfər edəcək. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat verib. Məlumata görə, səfər avqust ayının ikinci yarısında baş tutacaq. Səfər çərçivəsində Ermənistan və Rusiya arasında əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə ediləcək.

“1news.az”ın verdiyi məlumatda isə Rusiya dövlət başçısı Dmitri Medvedevin Azərbaycana sentyabr ayında səfər edəcəyi bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar