Dmitri Medvedev ən böyük mətbuat konfransını keçirir
18 May 2011 Çərşənbə 14:48
O, hamını maraqlandıran suallardan birini cavablandırıb
Rusiya prezidenti Dmitriy Medvedev yerli və xarici jurnalistlərin iştirakı ilə böyük mətbuat konfransı keçirir. 800-dən çox jurnalistin iştirak etdiyi mətbuat konfransı birbaşa yayımlanır və Dmitriy Medvedevin üç illik prezidentliyi ərzində ən böyük hesab edilir. Dmitri Medvedev əvvəlki mətbuat konfranslarından fərqli olaraq jurnalistlərlə bu dəfəki görüşü administrasiyanın köməyi olmadan özü aparır. O, mətbuat konfransının əvvəlində jurnalistlərə göstərdikləri fəaliyyətə görə təşəkkür edib və jurnalistləri özü seçərək onların suallarını cavablandırır.

Dmitri Medvedev hamını maraqlandıran, yəni seçkiqabağı intriqalarla bağlı sualı da cavablandırıb. Bu sualı birinci gözlədiyini deyən prezident siyasi həyatın təkcə şou deyil, çox çətin iş olduğunu bəyan edib. O, bildirib ki, onun növbəti prezident seçkisində iştirak edib-etməyəcəyini elan etməyin vaxtı hələ ki çatmayıb.

«Bu cür qərarlar bunun üçün bütün zəmin artıq yaranacağı vaxt, bunun yekun siyasi effekti olacağı an verilməlidir. Məhz bu səbəbdən bu cür qərarları elan etmək üçün mətbuat konfransından fərqli formatlar seçmək lazımdır. Bu cür qərarlar bir qədər fərqli qəbul olunmalı və elan edilməlidir. Hər bir siyasətçi isə bu cür bəyənatları lazım hesab etdiyi vaxt verməlidir.»-sitatın sonu.

Mətbuat konfransı 1 saat yarım davam etməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar