Dmitri Medvedev Dağıstana səfər edib
09 İyun 2009 Çərşənbə Axşamı 16:15
Səfər işgüzar xarakter daşıyır

Rusiya prezidenti Dmitri Medvedev Dağıstana işgüzar səfər edib. Mahaçqala hava limanında onu dövlət başçısı Muxu Əliyev və digər dövlət rəsmiləri qarşılayıblar.
ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarədə Medvedev Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksand Bortnikov ilə Dağıstandakı vəziyyəti, eləcə də ölkədəki vəziyəti stabilləşdirmək üçün güc sturukturlarının sonrakı fəaliyyətini müzakirə edib.
Qeyd edək ki, iyun ayının 5-də Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirov qətlə yetirilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar