Dmitri Medvedev Cənubi Osetiyaya gəlib
13 İyul 2009 Bazar Ertəsi 15:30
Bu, Rusiya prezidentinin tanınmamış respublikaya ilk səfəridir

 

Rusiya prezidenti Dmitri Medvedev bu gün Cənubi Osetiyaya gəlib. Bu barədə RİA novosti məlumat verib.

Qeyd edək ki, bu Rusiya prezidentinin tanınmamış respublikaya ilk səfəridir. Ötən ilin avqust ayında Gürcüstanda baş verən hadisələrdən sonra Cənubi Osetiya və Abxaziya özünü müstəqil dövlət elan edib. Rusiya tanınmamış dövlətlərin müstəqilliyini tanıyıb. Bundan sonra Tiflis Rusiya ilə diplomatik münasibətləri kəsib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar