Dmitri Medvedev ad gününü iş başında keçirəcək
14 Sentyabr 2011 Çərşənbə 04:46
Bu gün 46 yaşı tamam olan Rusiya prezidenti axşam ailəsi və dostlarının əhatəsində olacaq
Bu gün Rusiya prezidenti Dmitri Medvedevin doğum günüdür. Onun 46 yaşı tamam olur. Dmitri Medvedev ad gününü Moskvada, iş yerində keçirəcək. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın dövlət başçısının mətbuat katibi Natalya Timakova deyib. Onun sözlərinə görə, axşam Rusiya prezidenti ailəsi və dostlarının əhatəsində ad gününü qeyd edəcək.
“Kütləvi tədbir planlaşdırılmır”, - Natalya Timakova deyib.
Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev də rusiyalı həmkarı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib.
DOSTLARINLA PAYLAŞ: