“Etiraçı ərəblər bu remixi öz marşları kimi qəbul edirlər”.
Liviya prezidenti Müəmmər Qəddafinin keçən həftə xalqa qarşı etdiyi çıxışı “Zenga-zenga” mahsının müşayiəti ilə klip halına gətirilib. Yerləşdirildiyi gün “You-Tube” video saytında yarım milyon dəfədən çox kliklənən görüntünün artıq müxtəlif versiyaları hazırlanıb.
Əslən tunisli olan israilli musiqiçi 31 yaşlı Noc Aloş hazırladığı klipdə ərəb orientalını əks etdirən iki rəqqasə də yerləşdirib. Aloş “AFP” agentliyinə verdiyi açıqlamada hazırladığı klipə görə ərəblərdən dəstək aldığını bildirib. “Məni tanımayan ərəblərdən böyük dəstək gördüm. Onlar bu remixin etrazçıların marşı olduğunu bildiriblər”. ANSPRESS