Diyarbekir ermeni şeheridir?
04 Sentyabr 2013 Çərşənbə 10:50
Diyarbekir belediyyesinin sedri qeribe iddialarla çıxış edib.
“Diyarbəkir nə qədər kürdlərə aiddirsə o qədər də ermənilərə və yezidilərə aiddir”. Bu bəyanatla Türkiyə Diyarbəkir vilayətinin kürd əslli bələdiyyə sədri Osman Baydəmir çıxış edib.
Məlumata görə, Avstriyanın paytaxdtı Vyanadakı erməni və assuri icmalarının rəhbərləri bu şəhərdə Osman Baydəmirin şərəfinə ziyafət təşkil ediblər. Tədbirdə çıxış edən Baydəmir, Diyarbəkir qalasının bürclərində kürdlərlə yanaşı ermənilərin və yezidilərin də alın təri olduğunu iddia edib.
Erməni icmasının rəhbəri bölgədəki “Surb Kirakos” kilsəsini restovrasiya etdirdiyi üçün Vyana erməniləri adından Baydəmirə öz təşəkkürünü bildirib.
DOSTLARINLA PAYLAŞ: