Disney sülaləsinin sonuncu nümayəndəsi öldü
17 Dekabr 2009 Cümə Axşamı 02:35
Disney sülaləsinin sonuncu nümayəndəsi öldü. Roy Edvard dayısının yaratdığı “Walt Disney” şirkətini iki dəfə xilas edib.
ABŞ-da Disney sülaləsinin sonuncu nümayəndəsi Roy Edvard 79 yaşında düqyasını dəyişib. O, şirkətin yaradıcısı Uolt Disneyin qohumudur. Ölümə xərçəngin səbəb olduğu bildirilir.
Roy Disney 1930-cu ildə Los-Ancelesdə doğulub. Ailə şirkətində işləməyə 50-ci illərin əvvəllərində başlayıb. Sonralar Direktorlar Şurasına seçilib və icraçı direktorun müavini vəzifəsii tutub. Roy Edvard iki dəfə şirkətin işlərinə ciddi şəkildə müdaxilə edib və strategiyada köklü dəyişikliklərə imza atıb. Bununla da dayısının şirkətini durğunluq və dağılmaqdan xilas edib. 1984-cu ildə onun təzyiqi ilə “Walt Disney”in sədri, animasiya imperiyasını müflisliyə aparan Ron Miller işdən çıxarılıb. 2005-ci ildə isə Roy Edvardın səyi nəticəsində Maykl Aysner həmin vəzifəni tərk edib. Sonralar icmalçılar bu hadisələri “Disney”in xilası uğrunda müharibənin tərkib hissəsi kimi dəyərləndiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: