Diqqətsiz lövbər salan gəmi bir qitənin internetsiz qoydu
28 Fevral 2012 Çərşənbə Axşamı 02:20
Qəza nəticəsində meydana gələn nasazlığı aradan qaldırmaq üçün ən azı 2 həftə vaxt lazımdır.
Afrikanın ən işlək limanlarından olan Mombasaya girmək üçün gözləyən gəmi qadağan olunmuş yerə lövbər ataraq qitəyə gələn internet kabellərini zədələyib. Mütəxəssislər bildirib ki, qəza nəticəsində meydana gələn nasazlığı aradan qaldırmaq üçün ən azı 2 həftə vaxt lazımdır.
Qeyd edək ki, Afrikanı internet şəbəkəsi ilə təmin edən 3 əsas kabeldən birinin zədələnməsi nəticəsində Keniyada, Ruandada, Burundidə, Tanzaniyada, Efiopiyada və Cənubi Sudanın paytaxtı Cubada internetin sürəti 20 faizə qədər azalıb.
DOSTLARINLA PAYLAŞ: