«Boko haram» islamçı qruplaşmasının döyüşçüləri Nigeriya ştatının inzibati mərkəzi sayılan Bauçi şəhərindəki polis məntəqəsinə basqın edib. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, basqının qarşısı təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən alınsa da, toqquşma nəticədə 32 nəfər ölüb.
Yerli polis bildirib ki, «Boko haram» şəriət qanunlarını bütün Nigeriyada tətbiq etməyə nail olmaq istəyir.
Bauçidə isə şəriət qanunları 2001-ci ildən qüvvədədir. /ANS PRESS/