Dinc sakinlər xüsusi əməliyyatın qurbanı olub
13 Fevral 2010 Şənbə 17:25
Hadisə İnquşetiyada baş verib
Cümə axşamı və cümə günü İnquşetiya və Çeçenistan sərhəddində aparılan xüsusi əməliyyatlar zamanı dörd yerli sakin həlak olub. Bu barədə İnquşetiya prezidentinin mətbuat katibi Kaloy Axilqov məlumat verib.

Onun sözlərinə görə, xüsusi əməliyyatların aparıldığı ərazidən sarmısaq yığmaqla məşğul olan təqribən 70 yerli sakin köçürülüb.

“Onlardan dördü, təəssüf ki, atəşə məruz qalıb və həlak olublar. Bu insanlar əməliyyat zamanı zərərsizləşdirilən 18 döyüşçü sırasına aid deyillər”, - deyə Axilqov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar