Dinc əfqanların qatilinə ömürlük iş kəsilib
24 Avqust 2013 Şənbə 05:13
39 yaşlı çavuş edam hökmündən qurtulmaq üçün günahını boynuna alıb.
Əfqanıstanın Qəndəhar əyalətində 16 dinc sakini qətlə yetirmiş ABŞ ordusunun çavuşu Robert Beyls barəsində məhkəmə hökm çıxarıb. "BBC"nin xəbərinə görə, ona ömürlük iş kəsilib.

Xatırladaq ki, Robert Beyls məhkəmədə baş vermiş olaya görə üzrə istəyib. O, baş verən hadisəni "qorxaqlıq" adlandırıb.

Hərbi tribunal iclasında vaxtından qabaq azad edilməsi ehtimalına belə münasibət bildirib : "Kənd qadınlarına və uşaqlara atəş açarkən mən qorxu ilə yanaşı boş cəsarət də hiss etdim".

39 yaşlı çavuş edam hökmündən qurtulmaq üçün günahını boynuna alıb.

Onun vəkillər bildirib ki, çavuş posttravmatik sindromdan əziyyət çəkir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar