Din xadimləri kommunist rejimin casusu çıxdı
18 Yanvar 2012 Çərşənbə 05:31
Xəbər həm müsəlmanları, həm də xristianları şok edib.
Bolqarıstan Dövlət Araşdırma komissiyası ölkədə kommunist dövründə xidmət göstərən din xadimi casusların adlarını açıqlayıb. Bu məqsədlə qurulan komissiyanın siyahısında müftilərdən ortodoksla kilsənin baş idarəsi olan Ali Senod üzvlərinə qədər bir çox yüksəkçinli din xadimi var.
Komissiyanın rəsmi internet saytında təqdim olunan hesabata görə, Bolqarıstan müsəlmanlarının baş müftisi Mustafa Əliş Haci, baş müfti Nedim Gencev, Ali İslam şurasının üzvləri İskren Dobrucaliyev, Nasuf Nasuf, Osman İsmayılov, Rizvan Kadıov ve Şefket Hacı kommunist rejimin casusları olublar.
Hesabatda, Mustafa Əliş Hacinin 11 dekabr 1989-cu ildə, türklərin Bolqarıstandan deportasiyası vaxtı “Andre” adı ilə xəbəralma xidmətində casusluq fəaliyyətinə başladığı, 1992-ci ildə (ölkədəki dejim dəyişikliyindən sonra) bu vəzifədən ayrıldığı bildirilib.
Xəbər Bolqarıstan müsəlmanları üzərində şok təsiri yaratsa da, baş müfti Mustafa Əliş Haci iddialar barədə açıqlama verməyib.
Komissiyanın hesabatı xristianları da çaşdırıb. Bolqarıstan ortodoksal kilsəsinin ali idarəsi kimi tanınan və patriarx da daxil olmaqla 15 üzvdən ibarət Ali Senodun 11 üzvünün də kommunist casusu olduğu aşkarlanıb. Onlar arasında Varna metropoliti Krill, Khnə Zagara mitropoliti Qalaktion, Veliko Tirnovo mitropoliti Qriqori, ABŞ, Kanada və Avstraliya bölgələrinə nəzarət edən mitropolit İosif var.
Qeyd edək ki, Bolqarıstna ortodoksal kilsəsi Ali Senodu və patriarx Maksim kommunist casusu olan din xadimlərinin siyahısının açıqlanmasını daha əvvəl qadağan etmiş, ictimaiyyətdən gələn təzyiqlərdən sonra bu araşdırmaya razılıq vermişdilər.
DOSTLARINLA PAYLAŞ: