Din xadimini parçalayan ayı üçün ölüm fərmanı
02 Oktyabr 2010 Şənbə 07:05
İndiyə qədər meşədə 3 ayı tapıldığı, qatil ayı müəyyən edilmədiyi üçün heç birinin vurulmadığı bildirilib.
Türkiyə Ərzurum vilayəti Pazaryolu rayonundakı meşədə kənd imamını parçalayaraq öldürən ayı barəsində Ətraf Mühit və Meşə nazirliyinin rəsmiləri tərəfindən ölüm əmri verildi. Məlumata görə, Çatakbahçe kəndində yaşayan atasını görməyə gedən kəndin din xadimi 29 yaşlı Özer Bakır yaşadığı Kılıççı kəndinə qayıtmaq üçün piyada yola düşüb. Bir müddət sonra isə Özer Bakırın meşədə ayı tərəfindən parçalanmış cəsədi tapılıb.


Milli parklar idarəsinin mühəndisi Alparslan Ürüşan imamı öldürən ayının daha əvvəl də insanlara hücum etdiyini və nazirlik tərəfindən heyvanın öldürülməsi üçün izn verildiyini bildirib. Mühəndis meşədə indiyə qədər 3 ayı tapıldığını, qatil ayı müəyyən edilmədiyi üçün heç birinin vurulmadığını deyib.

Ərzurum Ovçular və atıcılıq dərnəyinin sədri Abdullah Erzurum qatil ayının tapılaraq vurulması üçün səfərbər olduqlarını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar