Din xadimi oğlunun üstünə tapança çəkdi
01 Fevral 2010 Bazar Ertəsi 19:10
Din xadimi oğlunun üstünə tapança çəkdi. Bu qəribə hadisə ABŞ-da baş verib.
ABŞ-ın Alkoa şəhərindən olan məşhur baptist keşişi Co Kolkuitin oğlu atasının təzavüzündən onu xilas etmək xahişi ilə polisə müraciət edib.

32 yaşlı Maykl Lui Kolkuitin bildirdiyinə görə, onların aralarında mübahisə atasının Mayklı kilsədə kifayət qədər olmamaqda ittiham etməsindən sonra baş verib. Ata və oğul kilsədə görüşüblər, onların arasında gedən danışıqlar mübahisə həddinə çatdıqda isə 60 yaşlı protestant keşişi üzərindən tapança çıxararaq Maykla doğru yönəldib və onu öldürəcəyi ilə hədələməyə başlayıb.

Müqəddəs İoanna kilsəsinin keşişi olan Co Kolkuit isə baş verənlərə heç cürə şərh verə bilməyib.

Qeyri-adi iş üzrə dinləmələr Blaunt qraflığının ümumi instansiya məhkəməsində 4 fevral tarixində aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar