Din xadimi homoseksuallara qarğış etdi
11 Fevral 2014 Çərşənbə Axşamı 01:25
Onlar öz arvadlarından, qadınlardan imtina edirlər və kişilərlə yataraq böyük günah işlədirlər.
Tacikistan üləma şurasının başçısı, baş müfti Səidmükərrəm Abdulqodirzodə ölkənin baş məscidində moizə edən zaman homoseksualları və cinsi azlıq təmsilçilərini kəskin tənqid edib.
ANS PRESS “İnterfaks”a istinadən bildirir ki, müftinin sözlərinə görə, "bu cür günah işlədən xalq" ağır cəzalandırılıb.
"Məsciddə bu məsələdən danışmaq utancvericidir. Amma təəssüf ki, ziyalı və mədəni insanların homoseksual olduğunu eşidirik. Onlar öz arvadlarından, qadınlardan imtina edirlər və kişilərlə yataraq böyük günah işlədirlər", - deyə Abdulqodirzodə vurğulayıb.
"Bu cür günahları qadağan edirəm. Bu cür günah işlədən hər bir xalq güclü cəzalandırılıb", - deyə müfti xəbərdarlıq etdi. Abdulqodirzodə homoseksual nikahları qeydiyyata alan Qərb ölkələrini kəskin tənqid edib.
Tacikistanda homoseksuallığa görə cəza maddəsi Cinayət Məcəlləsindən 1998-ci ildə çıxarılıb. Amma tacik cinsi azlıq nümayəndələri öz orientasiyalarını ciddi gizlədirlər və ictimai cəzadan qorxurlar.
DOSTLARINLA PAYLAŞ: