DİN Mursi tərəfdarlarının aksiyalarını dağıtmağa hazırlaşır
01 Avqust 2013 Cümə Axşamı 08:56
Nazirlik müvafiq addım üçün baş prokurorluğun uyğun qərarını gözləyir.
Misirin daxili İşlər Nazirliyi devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının kütləvi küçə yürüşlərini dayandırmağa hazırlaşır. Lent.az-ın məlumatına görə, ölkənin müvəqqəti daxili işlər naziri Məhəmməd İbrahim bu haqda açıqlama verib.
İyulun 31-də Misirin müvəqqəti hökuməti özəl bəyanatla çıxışı edərək, bildirib ki, Qahirənin “Rəbiyə-əl- Ədəviyyə” və “ən-Nahda” meydanlarında keçirilən müddətsiz aksiyalar “milli təhlükəsizliyi təhdid edir”.
“Nazirlik kostitutsiya və qanunlar çərçivəsində meydanda yaranan təhlükələrin qarşısını alacaq”-deyə, müvəqqəti nazir bildirib.
Onun sözlərinə görə, müddətsiz aksiyaların qarşısı “uyğun zamanda” alınacaq və bu bir neçə mərhələdən ibarət olacaq. İbrahim qeyd edib ki, nümayişlərin dağıdılmasına Baş Prokurorluğun uyğun qərarından sonra başlanılacaq.
DOSTLARINLA PAYLAŞ: