Roma papasının “sağ əli” də mavi imiş.
Vatikanda “gey lobbisi”nə qarşı mübarizə aparacağını açıqlayan Roma papası I Fransiskin sağ əli hesab edilən Rikkanın da mavi olduğu iddia olunub. Qərb mətbuatının yaydığı xəbərə görə, papanın çirkli pulların yuyulması qalmaqallarına nəzarət məqsədilə Vatikan bankına təyin etdiyi Battista Rika obyektivlərə pis vəziyyətdə yaxalanıb. Məlumata görə, Rikka ötən gün bankın liftində başqa bir kişi ilə uyğunsuz vəziyyətdə görüntülənib.
Hazırda bütün mətbuat “gey lobbisi” ilə mübarizə aparacağını deyən papanın bu vəziyyət qarşısında verəcəyi açıqlamanı gözləyir.