Devid Kemeronun əli havada qalıb
08 Sentyabr 2014 Bazar Ertəsi 08:42
Devid Kemeron iki dəfə salam verməyə çalışsa da əli havada qalıb.
Uelsdə keçirilmiş NATO sammitində Böyük Britaniyanın baş naziri Devid Kemeron pərt olub. Belə ki, ABŞ prezidenti Barak Obama ilə sammitə gələn Kemeron onları qarşılayan nümayəndə heyətinə salam verərkən əli havada qalıb.
ANS PRESS-in məlumatına görə, bu vaxt heyət Obama ilə görüşüb. Kemeron salam vermək üçün ikinci dəfə əlini uzatsa da heyət Obama ilə söhbət etdiyi üçün baş nazirin əli yenə də havada qalıb.
Sonda Kemeron heyətlə görüşə bilib.
DOSTLARINLA PAYLAŞ: