Dəvələr arasında gözəllik müsabiqəsi keçirilir
17 Yanvar 2010 Bazar 10:25
Dəvələr arasında gözəllik müsabiqəsində 17 mindən çox dəvə iştirak edir.
Səudiyyə Ərəbistanda dəvələr arasında gözəllik müsabiqəsi keçirilir. Yarışmada yerli "Səhranın gəmiləri", eləcə də Küveyt, Qətər, və Birləşmiş Ərəb Əmirlikləridən heyvanlar iştirak edir.

17 mindən çox dəvəni qiymətləndirəcək münsiflər, beş əsas növ (maqatir, müdcahim, sufr, şüal və hamr) arasında seçim aparacaq.

Ümumi mükafat fondu 500 min səudiyyə rialıdır. Bundan başqa qaliblərin sahiblərinə içərisində avtomobil də olan qiymətli hədiyyələr də veriləcək.

Qeyd edək ki, bəzi dini ictimai xadimlər belə müsabiqələrin keçirilməsinə qarşı çıxaraq, onları qərbə oxşamaqda ittiham edir.

Xatırladaq ki, bu ölkədə dəvələr arasında gözəllik müsabiqəsi 2001-ci ildən keçirilir. Səhrada yaşayan bədəvinin həyatını dəvəsiz təsəvvür etmək mümkün deyil. Bu heyvanlar ərəblərin gözəllik simvoluna çevriliblər. Qeyd edək ki, "camal" ərəb dilində dəvə deməkdir-yəni qəşəng. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar