Deputatlar pornoya baxarkən yaxalandılar
23 Mart 2012 Cümə 20:16
Hindistanda jurnalist millət vəkillərinin iclas zamanı böyüklər üçün videoya baxdıqlarını üzə çıxarıb.
Hindistanın Xalq Partiyası - “Bxaratiya Canatana”nın iki üzvü parlament zalında iclas gedərkən pornoqrafik filmə baxarkən yaxalanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, deputatlar jurnalıst tərəfindən “yaxalanıb”. Onlar iclasda fəal iştirak etmək əvəzinə, parlamentin planşet kompüterlərində böyüklər üçün videolara baxırmışlar. Deputatların bu əməlini üzə çıxaran jurnalistin oturduğu yerdən deputatların kompüterləri daha yaxşı görünürmüş.

Lakin həmin deputatlar jurnalistlərin iddiaları ilə razılaşmır. Onlar heç bir videoya baxmadıqlarını deyiblər. Jurnalistin onlara təqdim etdiyi dəlili isə deputatlar yetərsiz sübut adlandırıblar.

Xatırladaq ki, iki həftə öncə “Bxaratiya Canatana”nın digər iki üzvü eyni əməl üstündə tutulmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar