Deputatlar parlamentə milli geyimdə gələcək
21 Fevral 2013 Cümə Axşamı 22:42
Gürcüstanın Mühafizəkarlar Partiyası orijinal təkliflə çıxış edib.
Gürcüstanın Mühafizəkarlar Partiyasından olan deputat Bidzina Qucabidze deputatlara iclaslara milli geyimdə gəlmək üçün rəsmi icazənin verilməsini tələb edib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, parlamentin prosedur məsələləri üzrə komitəsi artıq bu təklifin parlamentin müzakirəsinə çıxarılacağını bildirib.
Bundan sonra deputatlar parlamentin iclaslarına Qafqaz xalqlarının milli geyimi olab çoxada gələ biləcəklər. Deputat B.Qucabidze və onun partiyadaşları bir neçə dəfə parlamentə milli geyimdə gəliblər. O deyir ki, bu geyimdə ali qanunverici orqana gələndə, onlara heç kim mane olmayıb. Amma onlar tələb edir ki, bu qanuniləşdirilsin və çoxa rəsmi dövlət rəmzinə çevrilsin.
DOSTLARINLA PAYLAŞ: