Deputatın oğlu avtomobil qəzasında həlak olub
26 İyul 2009 Bazar 17:40
Viktor Yuşşenko deputat Vladimir Sivkoviçə başsağlığı verib

 

Ukrayna prezidenti Viktor Yuşşenko deputat Vladimir Sivkoviçə oğlu Viktorun avtomobil qəzasında həlak olması ilə əlaqədar başsağlığı verib. ANS PRESS-in "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, hadisə iyulun 25-də yerli vaxtla saat 23.15-də baş verib. Belə ki, deputatın 25 yaşlı oğlu Viktorun idarə etdiyi «Lexus» avtomobili dirəyə çırpılıb.

Nəticədə avtomobil partlayıb və yanğın baş verib.

Yanğınsöndürənlər hadisə yerinə gələnədək avtomobil tamamilə yanıb.

Ekspertlər hesab edir ki, qəzaya avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar