Deputat prezidentin televiziya çıxışını pozmaq istəyib
16 Yanvar 2010 Şənbə 00:45
Studiyada yaranmış qarışılıq üzündən Viktor Yuqşşenkonun son seçkiqabağı çıxışı ləngiyib
Ukraynanın fəaliyyətdə olan prezidenti və növbəti müddətə dövlət başçılığına iddialı Viktor Yuşşenkonun “Ukraina” telekanalındakı “Şuster Live” proqramında son seçkiqabağı çıxışı pozulmaq təhlükəsi ilə üz-üzə qalıb. Buna Ukrayna Ali Radasının “Yuliya Tiomşenkonun Bloku”ndan olan deputatı Oleq Lyaşkonun studiyaya icazəsiz daxil olması səbəb olub.
Deputat çıxış üçün söz tələb edib. Lakin aparıcı Savik Şuster bundan imtina edib və bildirib ki, deputatı proqrama çağırmayıb. “Siz prezidentin efirini pozmaq üçün gəlibsiniz” deyən aparıcı, deputatı studiyanı tərk etməyə çağırıb. Lakin Oleq Lyaşko aparıcının tələbinə əməl etməyib və israrla söz istəyib. Deputat əmin edib ki, Viktor Yuşşenkonun son seçkiqabağı çıxışını pozmaq niyyətində deyil.
Deputatı studiyadan çıxarmağa nail ola bilməyən Savik Şuster özü studiyanı tərk edib və proqramda reklam fasiləsi yaranıb. Reklam blokundan sonra isə studiyada vəziyyət dəyişib və prezident Viktor Yuşşenko çıxışına başlaya bilib. O aparıcı Savik Şusterin bir qədər əvvəlki davranışını təqdir edib və deyib ki, “demokratlar bu cür hərəkət etməlidirlər”.
Xatırladaq ki, yanvarın 17-də Ukraynada prezident seçkiləri keçiriləcək. Viktor Yuşşenko ilə yanaşı prezidentliyə baş nazir Yuliya Timoşenko, Regionlar partiyasının lideri Viktor Yanukoviç, parlamentin spikeri Vladimir Litvin, eks-spiker Aseniy Yatsenyuk və bank sahibi Sergey Tiqipko da iddia edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: