Deportasiya edilən azərbaycanlı arvadı üçün aksiya keçirdi
04 Dekabr 2009 Cümə 01:00
Deportasiya edilən azərbaycanlı arvadı üçün aksiya keçirdi. Türkiyədə ailə həyatı quran azərbaycanlı qız vizası bitdiyi üçün ölkədən çıxarılıb.
Türkiyənin Mersin vilayətində ailə qurduğu azərbaycanlı qız viza müddəti başa çataraq ölkədən deportasiya edildiyi üçün Güray Sarı adlı sakin şəhər valiliyinin qarşısında aksiya keçirib. Sinəsinə Azərbaycan bayrağı, kürəyinə isə Türkiyə bayrağı asan 32 yaşlı aksiyaçı “Həyat yoldaşımı istəyirəm” – deyərək çığırmağa başlayıb. Azərbaycanlı 23 yaşlı Samirə Nəcəfova ilə 2.5 il əvvəl asilə həyatı qurduğunu bildirən Güray Sarı maddi imkanı olmadığından Azərbaycana gedə bilmədiyini deyib və həyat yoldaşına qovuşmaq üçün ölkə rəsmilərindən yardım istəyib. “Samirə Nəcəfova ilə dini kəbinimiz var. Dövlət nikahı üçün rəsmi əməliyyatları bitirə bilmədik. Viza müddəti də başa çatdığı üçün deportasiya olundu. Həm də cərimə olunduğu üçün 5 il Türkiyəyə gələ bilməz. mənim də maddi imkanım olmadığı üçün Azərbaycana gedə bilmirəm. Xarici işlər naziri Əhməd Daovudoğlu və Azərbaycandakı səfirimiz Hulusi Kılıcdan yardım istəyirəm”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar