Qayıqda olanlar Suriyadan Türkiyəyə qanunsuz yolla keçənlərdi.
Türkiyənin Bodrum vilayətində ölkəyə qanunsuz gələn qaçaqların olduğu qayıq batıb.
ANS PRESS-in məlumatına görə, qəzaya uğrayan qayıqda olan qaçaqlardan 7-si və onlara rəhbərlik edən şəxs tutulub. Araşdırmalar zamanı məlum olbu ki, qayıqda olanlar Suriyadan Türkiyəyə qanunsuz yolla keçənlərdi. Onların yanındakı isə qaçaqlara rəhbərlik edən Türkiyə vətəndaşıdır.
Qayıq sahilə 100 metr qalmış ərazidə qəzaya uğrayıb. Onaları xilas edən xilasedicilər səhərə yaxın dənizdən sahilə yaxın ərazidə bağırtı səslərinin eşidildiyini bildiriblər. Dənizə nəzar yetirərkən, qəzaya uğrayan nişansız qayıq gördük. Dənizdə isə insanlar çıxırırdılar. Onlara yaxınlaşıb, xilas etmək istədikdə isə onlar qaçmaq istədilər. Onları saxladıq və polisə təslim etdik.