Dəniz quldurları istəklərinə nail oldu
26 Fevral 2010 Cümə 18:15
“Pramoni” tankerinin azad olunması üçün piratlara pul verilib
Somali dəniz quldurları tərəfindən girov gütürülmüş “Pramoni” tankerinin azad olunması üçün tankerin indoneziyalı sahibləri piratların tələb etdiyi məbləği ödəməyə razı olublar. Su keçirməyən konteynerə yerləşdirilən pullar kiçik bir təyyarə ilə tankerin göyərtəsinə atılıb. Piratlara verilmiş pulların məbləği barədə isə heç bir açıqlama verilmir.
“Pramoni” tankerində 24 heyət üzvü var ki, onların da 17-si İndoneziya, 5 Çin, 2-si isə Nigeriya və Vyetnam vətəndaşıdır.
“Tankerin azad olunması üçün 12-24 saat müddət keçməlidir”,-deyə Avropa Birliyi Hərbi Dəniz Donanmasının nümayəndəsi Con Harbor bildirib. Onun sözlərinə görə, bu qədər vaxt dəniz quldurlarına aldıqları pulları saymaq üçün lazım ola bilər.
Beynəlxalq Dəniz Bürosunun hazırladığı hesabatda isə 2009-cu ildə Somali dəniz quldurları trəfindən 217 hücum və 47 gəminin girov götürülməsi faktının qeydə alındığı bildirilib. Hazırda dəniz quldurlarının əlində 10 gəmi və 200 nəfər heyət üzvü var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: