Dəniz Baykalın seks kasseti yalan çıxdı
20 May 2010 Cümə Axşamı 16:25
Beynəlxalq Kriminal Büro: "Kasset montajdır".
Türkiyənin Cümhuriyyət Xalq Patiyasının (CHP) keçmiş sədri Dəniz Baykalla bağlı internetdə yayılan seks kasseti ilə əlaqədar yeni məlumatlar üzə çıxıb. London və Türkiyədə ofisi olan Beynəlxalq Kriminal Büronun direktoru Uğur Kurtulan kassetdəki şəxslərin Dəniz Baykal və millət vəkili Nesrin Baytok olmadığı qənaətində olduqlarını bildirib.

"Görüntülərin xüsusi kamera ilə lentə alındığını düşünürük. Baytokun Baykalla heç bir əlaqəsinin olmadığı, görüntülərin modifikasiya ilə dəyişdirildiyini düşünürük. Video montajdan istifadə edilərək hazırlanıb. Görüntülərdəki şəxslərin Baykal və Baytok olduğunu sübut etmək və iddia etmək mümkün deyil".

Qeyd edək ki, Baykalın vəkilləri kassetə görə məsuliyyət daşıyanların yaxalanması üçün prokurorluğa müraciət edib. Hələlik görüntülərin kimin tərəfindən hazırlandığı bilinmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar