Dəniz Baykal sünnətdə kirvə oldu
09 Yanvar 2012 Bazar Ertəsi 01:15
Qonaqlar toyda sabiq liderlə şəkil çəkdirmək üçün növbəyə dayanıblar.
Türkiyənin anamüxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri – millət vəkili Dəniz Baykal sünnət toyunda kirvə oldu. CHP-nin Adana təşkilatı üzvünün Dəniz adlı oğluna kirvəlik edən Baykala qonaqlar isti münasibət göstəriblər. Toy salonuna daxil olan Baykalı alqışlarla qarşılayan qonaqlar sabiq liderlə şəkil çəkdirmək üçün növbəyə dayanıblar. Jurnalistlərin xahişi ilə Dəniz Baykal sünnət uşağı ilə fotomüxbirlərə poz vermək istəsə də 2 yaşlı Dəniz ağladığından bu alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar