60 000-dən çox porno-saytın fəaliyyəti dayandırılıb
27 Noyabr 2010 Şənbə 04:10
Bu məsələ ilə əlaqədar 160 000-dən çox xəbər gəlib və xəbəri verən 516 nəfərə 63 225 manat mükafat verilib
Çində porno nəşrlərə qarşı 2009-cu ilin dekabr ayında başladılan kampaniya çərçivəsində 60 000-dən çox internet saytının fəaliyyəti dayandırılıb. “Pornoqrafik və qeyri leqal nəşrlərlə mübarizə” idarəsinin verdiyi açıqlamaya görə, bu müddət ərzində 1 milyon 785 min sayt dövlət tərəfindən nəzarətə götürülüb. Həmçinin bu müddət ərzində 2197 virtual satışın qarşısının alındığı, bu məsələ ilə əlaqədar 160 000-dən çox xəbər gəldiyi və xəbəri verən 516 nəfərə 526 000 yuan (63 225 manat) mükafat verildiyi bildirilir.
Axırıncı dəfə isə ölkənin şərqidəki Cianqsu əyalətində 130 000-dən çox istifadəçisi olan bir saytın fəaliyyəti dayandırılıb. Məlumata görə, 2008-ci ildən bəri fəaliyyət göstərən saytın istifadəçilərinin orta yaşı 23-dür. Sayt əsasən xarici mənbələrdən porno filmlər yükləyərək onları çin dilinə tərcümə edir və öz səhifələrində yayırdı.
Qeyd edək ki, Çin 420 milyon internet istifadəçisi ilə dünyada birinci yerdədir. Onlardan 66 faizi (227 milyon) mobil telefonu ilə internetə daxil ola bilir.
DOSTLARINLA PAYLAŞ: